Samir Abasov: "Belə oyun Bakıda keçərli olmayacaq"

22:31 - 7 İyul 2021

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Dinamo"nu Tiflisdə məğlub edən "Neftçi"nin baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni şərh edib:

 

- Cütün taleyi həll olunub desək, yalan olar. İkinci oyun var. Dünən demişdim ki, oyun gərgin keçəcək. Fərqi də sizə demişdim ki, onlar həftəiçi oyunlar oynayırlar. Çempionluğa oynayırlar, hər oyun qızıl xaldı onlar üçün. Biz isə yoxlama görüşləri keçirmişik. Gizlətməyim ki, yoldaşlıq oyunlarla belə oyunların fərqini gördük. 
Dünənləri uşaqlara dedim ki, buradan xarakterin hesabına yaxşı nəticə ilə getmək olar. Onlara təşəkkür edirəm, xarakter göstərdilər. Səfərdə belə komandaya qarşı keyfiyyətə yox, xarakterə arxalanmalısan. Bunu bacardıq. Amma ikinci oyunumuz var. Ciddi hazırlaşmalıyıq, ciddi rəqibə rast gəlmişik. Allah qoysa Bakıda başqa cür oynayıb, mərhələni keçən biz olarıq. Bugünkü gün vallah bu idi bacaracağımız, kişiliyimizi, xarakterimizi ortaya qoyduq. Görəcək işlərimiz çoxdu. Yeni oyunçular da görünür ki, yetərincə adaptasiya keçməliyik. Onlara da zaman lazımdı. 


- Bakıdakı oyunda nəyi dəyişmək istəyərdiniz?
- Bakıda çox şey dəyişməliyik. Bugünkü göstərdiyimiz oyun Bakıda keçərli olmayacaq. Belə oynamalı deyilik. Bunu ilk oyunun gərginliyinə, heyətdə elə futbolçular var ki, ilk dəfədi bu cür turnirdə oynayırq, ona bağlayaq. Göstərdiyimiz oyun Bakıda keçərli olmayacaq. Çox şey dəyişməliyik. Daha çox topa nəzarət etməli, rahat oynamalıyıq. 

 

- Sezar Meza Kollidən istədiyinizi ala bildiniz?
- Bu gün ən yaxşı verəcəyini, verdi. Bəzi epizodlarda əvvəlki Sezar idi. O, komandaya gec qoşulub, adaptasiya olmalıdı. Onun nə dərəcədə keyfiyyətli olduğunu bilirsiniz. 

 


- Müdafiədə xaos var idi. Fasilədə nə dediniz onlara?
- Bəzi oyunçulara daha diqqətli oynamağı tapşırdım. Beşli müdafiədə yox, daha irəlidə oynayan oyunçularda xaos var idi, yerlərini düz bağlamırdılar, gecikirdilər. Ona görə çox epizod verdik rəqibə. İkinci yarı daha çox etdik. Bugünə nəsə deməyim çətindi. Oyunçulara fərdi olaraq şeylər dedik, onun öhdəsindən gəldilər. Çox şeyi dəyişməliyik, amma bugünün söhbəti deyil.

 

- Namik Ələsgərov qollarını vurur. Ona görə daha çox müdafiədə güclənəcəksiz demək olar?
- Mövqelər var ki, orada güclənməliyik. Elə mövqelər var rəqabət yoxdu. Müdafiədə də var. Stankoviç ayağını tutdu, biz başımızı tutduq. Hücumda da güclənməliyik. İşlər gedir. Gecikirik hətta. Amma Namikin performansı bizi çox sevindirir. Keçən ildən davam edən yüksəlişdi. Allah qoysa belə davam etsin. İnamı artır qol vurduqca. Güclənməliyik. 

 

- İkinci hissədə rəqib əvəzetmələrilə tempi qaldırdı, amma biz əvəzetmələrlə cavab verə bilmirdik. Nə zaman aradan qalxacaq bu problem? 
- “Dinamo”nun 5-6 oyununa canlı baxmışam, bir oyuna hətta 1-2 dəfə baxmışıq. Kim nəyə qadirdi bilirdik. Onlara meydana oyunçu buraxanda üzülürdk ki, rəqib daha çox atıldı hücuma, biz əks cavab olaraq daha çox qol vura bilərdik, sürətdə uduzduq. Dəyişikliklərlə bağlıdı. Konkret olaraq transferlərlə bağlıdı ki, klubumuzla sıx çalışırıq. Detalları şişirtməyək. İstəyirik gətirək oyunçular. Hətta ad da verə bilərəm danışıqlar aparmışıq, imtina etdilər. Gəlin bu gün o söhbətəri etməyək, bəlkə çox şey açılacaq. Onu vətəndə danışarıq.

 

- Dünən gərgin və həyəcanlı idiniz. Bu gün qələbədən sonra azalıb, yoxsa yenə də qalıb bu?
- Ola bilər sözlərimdən siz bunu hiss etmisiz. Əgər siz belə görmüşdünüzsə dünən, düşünün məndə bu indi ikiqat artıb. 


- Çempion olduğunuz heyət olsaydı bu “Dinamo”ya qarşı daha rahat olardız, yoxsa indiki daha rahat idi? 
- Həm o heyət qalsaydı, həm də bugünkü heyət. Çünki eyni əziyyəti çəkəcəkdik. Çünki rəqib güclüdü. Məncə, eyni məcrada keçəcəkdi. İlk oyunun gərginliyi idi.

Xəbər xətti