Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Dinamo"nun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, məğlubiyyətdən danışıb:
- Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir.
- Gələcəkdə komanda ilə bağlı nə planlaşdırırsınız?
- Yerli bazardakı yaxşı oyunçuların komandaları var. Xaricdən isə bir sıra problemlər olur. Danışıqlar apardığımız oyunçular var ki, pula görə başqa yerə getdilər. Yeni oyunçuları xaricdə axtarırıq. Komandada qalsam, bir sıra missiyalarım var. Bugünkü oyunda isə uduzmamağa layiq idik. Azarkeşlərin etirazı haqlıdı. Amma anlamalıdılar ki, komandanı mən qurmamışam.
- Birinci hissədə daha aktiv idiniz, amma ikinci yarıdakı qoldan sonra zəiflədiniz. Bu haqda nə deyərdniz?
- Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da, tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməliydilər. Qol epizodları var idi. Lazımi kimi istifadə edə bilmədik. Səbəb bəlkə çox idi ki tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçularda onlarda olan bacarıqdan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çalışacağıq.
- Dediniz üstün tərəf biz idik, bəs niyə uduzdunuz?
- Oyunumuz üstün idi. Cərimə meydançasına daxil olduq, zərbələrimiz oldu. Sadəcə “Neftçi”nin qapıçısı mükəmməl çıxış etdi.
- Çox pul yaxşı nəticə demək deyil. “Dinamo” fərqli oyun təklif etdi...
- Yaxşı oynadıq. Son olaraq cərimə meydançasında,məsələni tamamlamaqda problem var idi. “Neftçi” çox ciddi rəqibdi, təcrübəli idi. Çox xarici oyunçuların oynaması fərq etmir. Emin Mahmudov, Namik Ələsgərov, Aqil Məmmədov yerlidilər. Onların yaxşı oyun oynaması öz nəticəsini göstərdi.
- Səfər qolunun ləğv edilməsi “Dinamo”nun şanslarını nə qədər artırır?
- Təbii ki, oyun yeni bitib. Düşünməli və dəyərləndirməliyik. Fasilə lazımdı. Sabahdan oturub düşünərik, planlar qurarıq.