"Qəbələ" iki futbolçu ilə müqavilə imzaladı

13:54 - 8 İyul 2021

"Qəbələ" iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Bu barədə Sportal.az-a verdiyi açıqlamada "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. Onun sözlərinə görə, mövsümün sonunda müqavilələri başa çatan Rövlan Muradov  və Ehtiram Şahverdiyevlə yeni sözləşmə imzalanıb. Hər iki futbolçu artıq komanda ilə birlikdə məşq edir.

 

Qeyd edək ki, Muradovla Şahverdiyev "Qəbələ" akademiyasının yetirmələridir.

Xəbər xətti