"Real"ın Rişarlison planı

21:40 - 8 İyul 2021

"Real"ın yeni transfer hədəfi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Everton"un hücumçusu Rişarlisonu hədəfə alıb. Komandanın yeni baş məşqçisi Karlo Ançelotti "Everton"da rəhbərliyi altında oynamış futbolçunu yenə sərəncamında görmək istəyir. Onun tələbindən sonra "kral klubu" braziliyalı futbolçu üçün hərəkətə keçib.

 

ESPN nəşri Madrid klubunun 55 milyon avroluq təklifə hazırlaşdığını yazıb.

 

24 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 24 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti