"Neftçi"nin "Dinamo"ya qalib gələcəyinə inanırdım. Başqa nəticə ehtimal etmirdim. Gürcüstandakı qazanılan qələbəyə görə çox sevinirəm".
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Tomislav Mişura deyib. "Ağ-qaralar"ın formasını geyinmiş sloveniyalı Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Dinamo"(Tbilisi) – "Neftçi" oyunu haqda fikirlərini bildirib. Mişura Samir Abasovun rəhbərlik etdiyi komandanın Bakıdakı oyunda da qələbə qazanacağına inandığını deyib:
“Sloveniyada “Neftçi”nin düşərgəsini ziyarət etdim. Orada komandanın gücünü və atmosferini gördüm. “Neftçi”nin güclü komanda olduğunu düşünürəm. Gürcüstandakı qələbədən sonra Bakıdakı oyunun daha ağır və gərgin keçəcəyini düşünürəm. İstənilən halda “Neftçi”nin Bakıdakı oyunda da qalib gələrək növbəti mərhələyə adlayacağına inanıram. Onların hər qələbəsinə çox sevinirəm. “Dinamo” səddini keçəndən sonra “Olimpiakos” matçı haqda düşünmək olar".
saytlarin hazirlanmasi