Çexiyanın 2-ci liqa təmsilçisi “Viktoriya Jijkov”da çıxış edən azərbaycanlı futbolçu Fərid Nəbiyev Sportal.az saytına müsahibə verib.
22 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı açıqlamalar verib. Həmin müsahibəni təqdim edirik:
- Komandana geri döndün. Başqa variant yox idi yoxsa, özün də komandaya qayıtmaq niyyətində idin?
- Komandam ilə 1 illik müqaviləm var, ona görə də bura qayıtmalı idim. Mənim üçün bura qayıdıb stabil oynamaq vacibdi, nəinki başqa yerə getmək.
- Hazırda toplanış necə gedir? Qarşıdakı mövsüm komanda yüksəl liqaya çıxa biləcək?
- Toplanış hələ ki, yazxşı gedir. Yoldaşlıq oyunarı oynayırıq. İki həftə sonra çempionat başlayır. Tam hazır olmaq istəyirik. Bu futboldur, necə olacağını indidən bilmək olmaz. Bizim məqsədimiz əsas liqaya yüksəlməkdir.
- Azərbaycandan təklif var idi? Qayıtmaq istəyirdin, yoxsa, olsa da qayıtmayacaqdın?
- Azərbaycandan variant olub-olmadığını bilmirəm. Çünki menecerimlə bu barədə heç nə danışmamışıq. Gələcəkdə nələrin olacağını indidən bilmək olmaz. Amma heç vaxt Azərbaycana qayıtmaq istəməmişəm. Mənim üçün əsas məqsəd Avropada qalıb oynamaqdır.
- Yeni mövsüm üçün Azərbaycan millisindən təklif gözləyirsən? Stabil oynasan, səncə çağırarlar. Hər halda Çexiya futbol ölkəsidir...
- Əlbəttə ki, stabil oynasam, niyə də yox? Milli komandanın qapıları hər kəsin üzünə açıqdır. Mən də öz şansımı gözləyirəm.
saytlarin hazirlanmasi