"Sumqayıt" favoritdi, yoxsa “Çukariçki”? Buna qərar vermək bizim işimiz deyil"

11:55 - 9 İyul 2021

“Toplanışımız çox yaxşı gedir, yavaş-yavaş formamızı yığırıq”. Bunu Sportal.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Murad Xaçayev deyib. 

 

Azərbaycan milli komandasının da formasını geyinən yarımmüdafiəçi “kimyaçılar”ın Türkiyənin Ankara şəhərinin Qızılcahamam bölgəsində keçirdiyi təlim-məşq toplanışı və yoxlama görüşlərindən söhbət açıb. O, “Ankara Keçiörengücü”yə qarşı oyunu və qarşıdakı digər yoxlama görüşlərinin komanda üçün faydalı olduğunu söyləyib:  “Keçiörengücü” ilə oyun toplanışın ilk matçı idi. Komanda ağır məşqlərini edib, oyuna çıxırdı. Ona görə də oyun hardasa ağır alındı. Amma toplanış vaxtları bu normal haldı. Qarşıda hələ yoxlama oyunlarımız var. Əlbəttə ki, Superliqa təmsilçilərinə qarşı oynamaq maraqlıdı. Konfrans Liqası və Azərbaycan Premyer Liqasının başlaması öncəsi Superliqa təmsilçilərinə qarşı yoxlama oyunları keçirmək yaxşıdı”.

 

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq “Sumqayıt” ilk matçı Belqradda keçirəcək. Xaçayev rəqib haqda məumat topladıqlarını və hansı tərəfin daha şanslı olması barədə bu cür danışıb: “Çukariçki” ilə yeni-yeni tanış oluruq. Əlbəttə ki, hərəkətli, çox yaxşı komandadır. Qarşımızda güclü komanda yer alıb. “Sumqayıt” favoritdi, yoxsa “Çukariçki”? Hansı tərəfin şanslı və favorit olmasına qərar vermək bizim işimiz deyil. Biz oyuna maksimum səviyyədə hazırlaşacağıq”.

Xəbər xətti