“Zirə“ yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir araya gələn kollektiv fiziki çalışmalara zaman ayırır.
Artıq yeni transferlər də komandaya qoşulub.
“Zirə”nin bu yay Təmkin Xəlilzadə, Ruslan Abışov (hər ikisi "Sabah"), Mehdi Cənnətov ("Sumqayıt"), Hacıağa Hacılı ("Qarabağ": icarəyə), Anar Nəzirov ("Qəbələ") və Velvis Damakena (“Lvov”, Ukrayna: icarəyə) ilə anlaşmasınıı bir daha xatırladaq.
saytlarin hazirlanmasi