"Çukariçki"nin forvardı: "Sumqayıt ciddi komandadı"

13:40 - 9 İyul 2021

“Biz hazırlığımızı demək olar ki, başa vurmuşuq. Amma bizi “Sumqayıt”la oyundan əvvəl Serbiya Superliqasında “Vozdovaç”la oyun gözləyir. Hazırda yalnız bu matç haqda düşünürük".

 

Bu sözləri Sportal.az-a açıqlamasında “Çukariçki”nin hücumçusu Corce Yovanoviç deyib.

 

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” öncə Superliqa oyununa çıxacaq. Serb forvardın sözlərinə görə “Sumqayıt” matçı haqda düşünməyə hələ vaxt var: "Superliqadakı ilk turu başa vurduqdan sonra məhz “Sumqayıt” oyunu haqda düşünəcəyik. Ümid edək ki, “Sumqayıt” oyununa hazırlaşmağa yetərincə vaxtımız olacaq”.

 

22 yaşlı hücumçu “Sumqayıt” haqda məlumtlı olduqlarını və bu oyuna ciddi hazırlaşdıqlarını da fikirlərinə əlavə edib: “Sumqayıt”la düşdüyümüz üçün bəxtimizin gətirdiyini qəti düşünmürəm. Çünki rəqibimi yetərincə ciddi komandadı və onlara hörmətlə yanaşırıq. “Sumqayıt” haqda hər hansı məlumata sahib deyildim, sadəcə qarşılaşacağımızı eşidəndə bir az maraqlanadım. Yaxşı heyətə, daha çox yerli futbolçulara güvəndiklərini bilirəm. Həm Belqraddakı, həm də Sumqayıtdakı oyun ağır alınacaq. Çünki hər iki komanda da növbəti mərhələyə adlamaq istəyəcək. Məqsədimiz qruplara qalmaqdı. Buna görə də “Sumqayıt” səddini keçməliyik. Necə olacağını oyun göstərəcək”.

Xəbər xətti