“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”la yoxlama oyunundan (0:0) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, o, nəticəni şərh edib:
“Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək”.
saytlarin hazirlanmasi