"Əsas mübarizə "Qarabağ" və "Neftçi" arasında gedəcək"

12:36 - 10 İyul 2021

“Bir həftə üçün normal gedir hazırlığımız. Bir az məşq edib, daha sonra oyuna çıxdıq. Çətinliklərimiz var, çünki hazır deyilik. Hələ ki, bir hissə oynamaq gücündəydik. Təbii ki, ağırdı. Tədricən yoluna düşəcək, vaxtımız var. Oyun baxımından da normal oynadıq”. 

 

Bunu Sportal.az-a açıqlamasında “Səbail”in forvardı Rauf Əliyev deyib.

 

Dünən “Keşlə” ilə yoxlama oyunu keçirən “Səbail” 1:1 hesablı nəticə qazanıb. Əliyev rəqibin Konfrans Liqasındakı çıxışından və öz komandasının toplanışı haqda danışıb: “Keşlə”nin rəqibi güclüdü. Amma futboldu da, hər şey olur. “Keşlə” yaxşı nəticə əldə edə bilər. Rəqib nə qədər güclü olsa da, hər şey özlərindən asılıdı. Onlara uğurlar arzulayıram. İnanıram ki, mərhələni keçib, Azərbaycana reytinq xalı qazandıracaqlar.


Biz özümüz də hazırlaşırıq. Bakıdakı toplanışdan sonra Gürcüstan səfərimiz olacaq. Orad ada 9-10 günlük hazırlığımız baş tutacaq. Başqa yerdə toplanış keçmək yaxşıdır, fərqli rəqiblərlə oynayırsan. Heyət baxımından tam hazır olmalaya bilərik. Lakin vaxt var, başqa oyunçular cəlb olunacaq komandaya. Bu günki gündə ola bilər oyunçumuz az olsun. Lakin əvəzedici heyətdən gələnlər də var. İnanıram ki, komanda çempionata kimi fomrlaşacaq”.

 

“Neftçi”nin sabiq forvardı “ağ-qaralar”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki “Dinamo” ilə oyununu dəyərləndirib və yeni mövsüm üçün gözləntilərini bildiirb: “Oyuna baxa bilməsəm də, hesabdan xəbərim var. “Neftçi” səfər qələbəsilə yaxşı  üsünlük əldə edib. Bakıda daha inamlı, daha istəkli oynayacaq komanda. Mənim üçün cütün favoriti “Neftçi” idi, indi də belə qalıb. Onlar mərhələ keçən tərəf olacaq.
Ötən mövsüm maraqlı keçdi. Yeni sezon da ötən sezondan fərqlənməz. Maraqlı olacaq. Əsas mübarizə yəqin “Neftçi” və “Qarabağ” arasında gedəcək. Digər komandalar isə baxanda eyni səviyyədədi, 3-4 –cü yerlər uğrunda mübarizə aparacaq. Amma “Neftçi” və “Qarabağ” fərqlənəcək. Maliyyə və heyət baxımından da həmçinin”.

Xəbər xətti