Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Ernad Skuliç Sportal.az-a açıqlama verib. “Bakı”da kapitanlıq sarğısını da daşımış xorvatiyalı həmyerlisi, “Qarabağ”ın üzvü Filip Ozobiçin Azərbaycan millisindəki mümkün çıxışı barədə fikir bildirib.
Skuliç, həmyerlisinin Azərbaycan millisi üçün uğurlu olacağını da söyləyib: “Filip Ozobiç Azərbaycan millisində oynayarsa, təbii ki, komandaya xeyri dəyəcək. Əlbəttə, Xorvatiya millisi daha çətin görünür. Amma Azərbaycan millisində oynamasına sevindim. Ozobiç çox yaxşı futbolçudu. Azərbaycan millisi üçün super güclənmədi, komandada daha bir yaxşı futboçu əlavə edildi”.
Ernad ölkəmizdə oynadığı dövrdə AFFA-dan təklif almadığını bildirib: “Azərbaycanda az oynamamışdım. Amma AFFA-dan təklif almamışdım. Təklif gəlsəydi, milli komandada sevərək oynayardım”.
saytlarin hazirlanmasi