"Qarabağ" azarkeşlərə müraciət etdi

13:20 - 11 İyul 2021

"Qarabağ" azarkeşlərə müraciət edib.

 

Sportal.az xəbər verir ki, klubun saytında yer alan müraciətdə aşağıdakılar qeyd edilib:

 

"Azərbaycan klublarının UEFA bayrağı altında keçiriləcək turnirlərdə oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müraciət müsbət cavablandırılıb. 

 

COVID-19 pandemiyası ilə əlaqədar bütün tələblərə əməl olunması barədə məlumatlar AFFA tərəfindən klubumuza göndərilib. 


“Qarabağ” FK olaraq, azarkeşlərimizin tribunalara qayıtması üçün bu tələbələrə əməl etmək öhdəliyini üzərimizə götürürük. 

 

Lakin bu işdə azarkeşlərimizin də üzərinə məsuliyət düşür. Əziz azarkeşlərimiz, sizin üzərinizə düşən iş oyunlardan əvvəl, oyun zamanı və oyundan sonra tələb olunan qaydalara əməl etməkdir. Tələblər barədə ətraflı məlumat veriləcək. 

 

Sizinlə görüşəcəyimiz günü səbirsizliklə gözləyirik".

Xəbər xətti