"Qarabağ" "Arsenal"a uduzdu

20:55 - 11 İyul 2021

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Arsenal” komandası ilə qarşılaşıb. Ağdam klubu Tula təmsilçisi ilə görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

 

“Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabıyla məğlub etmişdi.

Xəbər xətti