Polşalı qapıçı: "Mahirin yaxşı forvard olduğunu artıq Polşada hamı bilir"

13:50 - 11 İyul 2021

“Mahir Emreli güclü futbolçu olduğunu ilk günlərdən sübut edir. Həqiqətən də yaxşı hücumçudu, qol duyumu yüksəkdi”.

 

Bunu Sportal.az saytına açıqlamasında polşalı qapıçı Pavel Kapsa deyib.

 

Azərbaycanda çıxış etmiş 8 polşalı legionerdən biri olan qolkiper Mahirin “Legiya”dakı çıxışından bəhs edib. “Simurq” və “Xəzər Lənkəran”ın qapısını qorumuş 38 yaşlı əlcək sahibi həmyerlimizin daha yaxşı liqalara gedə biləcəyini də söyləyib:

 

“Mahir bizimlə yoxlama görüşündə də qollarını vurdu. Mahirin Avropa klublarında çıxış etməsi üçün əla keyfiyyəti var. Amma unutmayın ki, Polşada  yaxşı forvardlar çoxdur. Əlbəttə ki, o, özünü yaxşı tərəfdən göstərərsə, “top 5” liqalarından birinə yollana bilər. Polşada insanlar Mahirin yaxşı forvard olduğunu artıq bilir. Amma “Legiya” Çempionlar Liqasının qruplarına qala bilməsə, bu böyük itki hesab ediləcək”.

Xəbər xətti