Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə ilkin razılığa gəlinsə də, klub 5-6 gündür transferi açıqlamır. Artıq qanalı forvard "Instagram" hesabında Ağdam klubunu izləmir. Bu da onun transferinin baş tutmadığına işarədir.
Gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştoril" klubuna keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.
saytlarin hazirlanmasi