Aşağı yaş qruplarından ibarət milli komandamızın sabiq üzvü Mətin Gülər Sportal.az saytına açıqlama verib.
"Beşiktaş"ın yetirməsi olan, hazırda II liqa təmsilçisi "Darıca Gənclərbirliyi"də çıxış edən 21 yaşlı müdafiəçi Azərbaycan klublarında oynamağı düşündüyünü deyib:
"Darıca Gənclərbirliyi"ndə hər şey yaxşı gedir, heç bir problemim yoxdur. Azərbaycandan təklif gəlməyib. Amma şərtlər uyğun olsa, oynayaram. Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında oynadığım üçün Azərbaycan klublarında da oynamağı düşünmüşdüm. Hazırda "Darıca Gənclərbirliyi" ilə müqaviləm davam edir. Hədəfimiz üst liqaya çıxmaqdır".
Mətin Gülər "Azərbaycanın əsas millisinə niyə dəvət almadın" sualına belə cavab verib: "Səbəbini özüm də bilmirəm. Mən əsas millidə oynamağa hər zaman hazır olmuşam, indi də hazıram. Ümidim var ki, nə vaxtsa milli komandaya dəvət alaram. Amma Canni De Byazinin qərarına hörmətlə yanaşıram. O da özünə görə ən yaxşı heyəti qurmağa çalışır".
saytlarin hazirlanmasi