"Səbail"lə yoxlama görüşü keçirdik. Təbii ki, yoxlama oyunlarında qüvvəmizi sınamağımız lazımdı. Necə oynayırı, görməliyik. Biz hər gün hazırlaşırıq. "Soçi" ilə matçda sona qədər mübarizə aparmaq niyyətindəyik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Felipe Santos deyib.
Paytaxt klubunun yay transferlərindən olan Santos "Keşlə"nin Avropa Liqasının təsnifat mərhələsindəki rəqibi "Soçi" barədə də danışıb. O, komandasının bu oyunlardakı şanslarını da dəyərləndirib: "İyulun 22-nə qədər hazır olmaq istəyirik. İlk oyunu səfərdə keçirəcəyik. "Soçi" ilə matça yaxşı köklənmək, nə edəcəyimizi bilməyimiz çox önəmlidir. Meydanda həm rəqib, həm biz 11 nəfər olacağıq. Ona görə də "Soçi"yə gücümüzü göstərməliyik".
saytlarin hazirlanmasi