Milli komandamızın, "Qarabağ" və "Keşlə"nin keçmiş futbolçusu Elşən Məmmədov Sportal.az saytına müsahibə verib.
Veteran futbolçu klublarımızın avrokubok oyunları, transferlər, milli komanda və digər mövzular haqda danışıb:
- "Neftçi" Tbilisi "Dinamo"su ilə oyundan qələbə ilə ayrıldı. İlk oyunda "flaqman"ın peformansı necə idi və səncə, "Neftçi" rəqibinə Bakıda da qalib gələ biləcək?
- Uzun illərdən sonra "Neftçi" Çempionlar Liqasına qayıtdı. Etirak edək ki, "Dinamo" zəif komanda deyil. Nəzərə alaq ki, Tbilisi təmsilçisinin baş məşqçisi vaxtilə Azərbaycanda işləmiş Kaxaber Tsxadadzedir. Uzun illər burada işləyib, Azərbaycan futbolu haqda kifayət qədər məlumatı var, Buna baxmayaraq düşünürəm ki, "Neftçi" səfər oyununda yaxşı çıxış elədi. Namik Ələsgərovun mükəmmək qolu, Emin Mahmudovun penaltini soyuqqanlıqla yetirməsi xoşuma gəldi. Düzdür, "Neftçi" bir az qapalı futbol oynadı, rəqibi əks hücumlarda yaxamağa çalışırdı, amma buna baxmayaraq lazım olan nəticəni əldə etdi. "Dinamo" ilə ev oyununa da ciddi yanaşmaq lazımdır. Səfərdə qazanılan qələbəyə arxanyın olmaq olmaz, oyuna ciddi hazırlaşmaq lazımdır. "Dinamo" yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Hələ ki, cütün taleyi müəyyənləşməyib. Qarşıda çox çətin 90 dəqiqə var.
- "Neftçi" "Dinamo" səddini keçəcəyi təqdirdə, "Olinpiakos"la qarşılaşacaq. Bu mənada, "Neftçi" üçün hansı turnirin qrup mərhələsini daha inandırıcı, real hesab edirsən?
- "Olimpiakos" çox çətin rəqibdir. Yunanıstan təmsilçisi hər zaman Çempionlar Liqasında, Avropa Liqasında iştirak edən komandadır. "Olimpiakos"u keçmək "Dinamo"dan daha çətin olacaq. Düşünürəm ki, "Neftçi" üçün Avropa Liqasında oynamaq daha asan olar. Çempionlar Liqasında çox güclü rəqiblər olur. Avroliqadan isə nisbətən zəif komandalar yer alır. "Neftçi" Avropa Liqasının qrup mərhələsində oynayacaq gücdədir.
- Sabiq komandan "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod" klubu ilə qarşılaşacaq. "Qarabağ"ın "Aşdod"u keçmək və Konfrans Liqasında qruplara qalmaq şanslarını necə dəyərləndirirsən?
- "Qarabağ"ın heyəti çox güclüdür və komanda "Aşdod"u keçməyə borcludur. Düzdür Mahir Emreli "Legiya"ya transfer oldu. Amma komanda bir oyunçudan ibarət deyil. "Qarabağ"ın "Aşdod"u keçəcəyinə inanıram.
- "Qarabağ" sabiq forvardı Ramil Şeydayevi yenidən komandaya qaytardı İlk dəfəki gəlişini uğursuz hesab etsək, Şeydayevin "Qarabağ"a qayıdışını necə dəyərləndirirsən? Səncə, "Qarabağ"ın Şeydayevi gətirməsi doğru idi?
- Ramil Şeydayev ilk dəfə "Qarabağ"a böyük ümidlərlə transfer edilmişdi. Lakin heyətdə özünə yer tapa bilmədi və komandadan ayrıldı. Düşünürəm ki, bu transfer Mahir Emrelinin gedişindən sonra onun yerini doldurmaq üçün hesablanıb. Şeydayevin hücumçu keyfiyyətlərini çox yüksək qiymətləndirirəm. Milli komandada yaxşı çıxış edib. "Sabah" klubunda da son 6 ayda pis təsir bağışlamırdı. Belə davam etsə, "Qarabağ"ın gücünə güc qata bilər. Ramil taran tipli hücumçudur, mübariz keyfiyyətləri, vuran ayağı var. Heyətdə möhkəmlənə bilsə, "Qarabağ"da daha da püxtələşəcək.
- Filip Ozobiçin Azərbaycan millisində oymayacağı ehtimal efilir. Sənin vaxtında da millimizdə milliləşdiriımişlər var idi. Ozobiç milliyə kömək edər səncə?
“Mənim dövrümdə də milliləşdirilmiş, Azərbaycan millisinə dəvət olunan çox oyunçu var idi. Ozobiç “Qarabağ”da pis çıxış etmir. Vaxtilə “Qəbələ”də də oynayıb, pis futbolçu deyil. Amma biz bir şeyi anlamalıyıq ki, əcnəbi futbolçu azərbaycanlılardan ikiqat güclü olmalıdır ki, milliyə dəvət alsın. Amma istər Ozobiç, istərsə də başqası bizimkilərdən ikiqat güclü deyil ki, milliyə dəvət alsın. Ozobiçin mövqeyində bizim perspektivli, yaşı az olan futbolçularımız var, istər “Zirə”də, istər “Sumqayıt”da. Onlar dəvət alsa daha yaxşıdı. Futbolçulara millidə şans vermək lazımdı. Qara Qarayev “Qarabağ”da əsas heyətdə oynayırdı, daha sonra A millidə də kömək oldu. Oynaya-oynaya püxtələşdi. Əcnəbilər millimizə 28-30 il oynayırlar, 1-2 il yaxşı oynayıb, daha sonra lazım olmurlar. Halbuki biz 23-24 yaşlı yerli uşaqlarımızı milliyə dəvət etsək, 2 idən sonra Azərbaycana böyük futboçu yetişdirmiş olacağıq. Ona görə öz futbolçularımıza güvənmək, inanmaq lazımdı. Əcnəbilər dəvət olunan mövqelərə də yerlilər var, sadəcə yerlilərə güvənmək lazımdı.
saytlarin hazirlanmasi