"Neftçi" Çempionlar Liqasında oynayacaq səviyyədə deyil"

11:01 - 13 İyul 2021

"Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çerçivəsində sabah Tbilisi "Dinamo"su ilə qarşılaşacaq.

 

Sportal.az bu oyunla əlaqədar jurnalistlər Anar Xanlarov, Ceyhun Rzayev, menecer Vaqif Heydərli və azarkeşlər Ceyhun Əzizli ilə Sübhan Əliyevdən açıqlama alıb.

 

Anar Xanlarov: "Neftçi" yəqin ki, mərhələni keçən tərəf olacaq. Çünki səfərdə qalib gəlib. Doğma arenada komandanın uduzacağına inanmıram. "Neftçi" bu mərhələni keçməlidir və buna borcludur. Hər mənada komandamız üstündür. Azarkeşlərin də tribunalara buraxılmasını nəzərə alsaq, üstün tərəf "Neftçi"dir. Düzdür, komanda ilk matçda yaxşı oynamadı, amma ikinci görüşün fərqli keçəcəyini düşünürəm".

 

Vaqif Heyərdli: "Neftçi" "Dinamo"dan açıq-aşkar güclüdür. İlk oyunda bərabərsəviyyəli oyunun getdiyi barədə fikirlər səsləndi. "Dinamo" tonusda olan komandadır, Gürcüstanda çempionat davam edir. "Neftçi" isə ilk rəsmi oyununa çıxdı bu mövsüm. bu səbəbdən "Neftçi"yə bir az zaman lazımdır. Bütün halları nəzərə alsaq, "Neftçi" yenə favoritdir".

 

Ceyhun Rzayev: Məncə çox danışmağa ehtiyac yoxdur. "Neftçi" səfərdə qələbə qazanmaqla böyük üstünlük əldə etdi. Ona görə düşünürəm ki, əmsilçimiz bu mərhələni keçəcək. Amma bu, o qədər də asan olmayacaq. "Dinamo"nun itirəcək heç nəyi yoxdur. Gürcüstan təmsilçisi Bakıya döyüşməyə gələcək. "Neftçi" daha keyfiyyətlli və səviyyəli futbolçulardan təşkil olunmuş komandadı. Tbilisidəki oyunda "Neftçi"nin müdafiədə boşluqlar verməsinin səbəbi ilk rəsmi matç olmasıdır. Gürcüstanda isə haszırda çempionat davam edir. Ona görə də "Dinamo" hazırdı. "Netçi" isə ağır təlim-məşq toplanışı keçmişdi. Futbolçular fiziki yüklənməyə görə meydanda ağır görünürdülər. Məncə, Samir Abasov bir həftəlik müddətdə komandanı yaxşı hazırlayıb. "Neftçi" cavab matçına daha hazır vəziyyətdə çıxacaq. Əminəm ki, "ağ-qaralar" Bakıda Tbilisidəkindən daha yaxşı oyun göstərəcək və yüz faiz əminəm ki, "Neftçi" mərhələni keçəcək".

 

Ceyhun Əzizli: "Neftçi"nin səfərdə qalib gəlməsi uğurdu. Bu oyunla qrup mərhələsinə çıxmaq olmaz. "Neftçi"nin ehtiyat oyunçuları azdı. "Ağ-qaralar"ın vurduğu iki qol da "Dinamo"nun fərdi səhvərindən idi. Komanda tam hazır deyil. Bütün mövqelərdə boşluqlar var. "Neftçi" Çemionlar Liqasında oynayacaq səviyyədə deyil. Sadəcə bəxt amilindən ilk oyunda qalib gəldi. "Neftçi"nin ən yaxşısı qapıçı Aqil Məmmədov idi. Əgər o, formada olmasaydı, "Dinamo" qələbə qazana bilərdi. Samir Abasovun komandası arxayınlaşmamalıdır. Bildiyiniz kimi səfər qolu ləğv olunub. Əgər "Dinamo" bir qol vursa, oyun əlavə vaxta gedəcək. Rəhbərlik komandaya yeni transferlər etməlidir. "Neftçi"nin ehtiyat oyunçular skamyası Çempionlar Liqasına layiq deyil. 

 

Sübhan Əliyev: "Komanda ilk oyun üçün Gürcüstana gedəndə ümidlərimiz az idi. Bu da transferlərə görə idi. Klub çox gecikirdi. Bilmirik bunun səbəbləri nədir. Ancaq komanda səfərdə qalib gəldi. İnanıram ki, evdə tur keçmək üçün hər şey edəcəyik. Azarkeşlər də möhtəşəm dəstəyə hazırdır. Nə lazımdırsa, fanatlar onu edəcək. İnşallah, bu turu keçək, "Olimpiakos"la oyunda daha möhtəşəm olarıq. Çünki tribunalara azarkeşlərin buraxılacağına inanmırdıq. Lakin qərar son anda verildi və biz fanatlar çox sevincliyik. Komandamızda ancaq qələbə gözləyirik. İnanırıq ki, heyət daha da güclənək".

Xəbər xətti