“Qarabağ”n yarımmüdafiəçisi Patrik Andrade Sportal.az saytına müsahibə verib:
- “Qarabağ”ın Avstriya toplanışı necə gedir? Sizi narahat edən və sevindirən məqamlar hansılardı?
- Məşqlərimiz istədiyimiz kimi gedir. Gündən-günə daha yaxşı formaya düşürük, oyun ritminə daha da yaxınlaşırıq. Hər şey planlaşdırdığımız kimi gedir və ümid edirəm ki, rəsmi oyunlara qədər ən azından istədiyimiz formaya yaxın olacağıq.
- ÇSKA(Sofiya) klubuna qalib gəldiniz, “Arsenal”a(Tula) uduzdunuz. Bu iki matç haqda ümumi fikrin necədi?
- ÇSKA-ya qarşı oyunda, qələbə qazanmağımıza baxmayaraq, tam istədiyimiz performansı ortaya qoya bilmədik. Çünki gündə 2 dəfə məşq edirik, intensive, ağır məşqlər gedir. Bura gəldiyimiz günlərin də ilk mərhələsi idi. Yəni qələbəyə baxmayaraq, ÇSKA ilə matçda tam istədiyimiz kimi oynamadıq. Bu mənim şəxsi fikrimdi. “Arsenal”la oyunda isə komanda ilk oyunla müqayisə dədaha yaxşı təsir bağışladı, daha yaxşı oynadı. Düzdü, çatışmazlıqlar hələ var. Bitiricilik, hücumların sonlandırılmasında çatışmazlıq var. Amma “Aşdod” oyununa qədər hələ vaxtımız var. Bu çatışmazlığı da aradan qaldırarıq.
- Komandadan Ovusu Kvabena getdi, Ramil Şeydayev transfer edildi. Ovusunun gedişi və Şeydayevin gəlişi barədə hansı fikirdəsən?
- Bu məsələ ilə bağlı şərh vermək istəməzdim. Ovusu da komanda yoldaşım olub, Ramil də indi komanda yoldaşımdı. Mənim bununla bağlı nəsə deməyim düz deyil. Ona görə də bu məsələ haqda şərh bildirmək istəməzdim.
- Komanda yeni transferə hazırlaşırdı ki, son anda Abdul-Azizin keçidi baş tutmadı. Səncə, o, komandaya xeyri dəyəcəkdi?
- Pis futbolçu deyildi, komandaya fayda verə biləcək forvard idi. Ancaq məlum səbəblərə görə, keçid baş tutmadı. Hər halda klub rəhbərliyi ən doğru olanı, ən yaxşısını bilir. Ona görə də doğru qərar verdiklərini düşünürəm.
- “Aşdod”la matça komanda neçə faiz hazırdı?
- Faiz deyə bilmərəm, amma ilk sualda verdiyim cavaba oxşar cavablayardım ki, komanda gündən-günə daha yaxşı formaya düşür, daha yaxşı təsir bağışlayır, futboçular özlərinin ən yaxşı formasına yaxınlaşırlar. İyulun 22-nə qədər hələ vaxt var. Düşünürəm ki, “Aşdod”la oyuna qədər daha yaxşı formada olub, azarkeşlərimizi sevindirəcəyik.
- Rəqib haqda hansı məlumata sahibsiniz? İsrail klubunu keçmək mümkün olacaq?
- Hazırlıqlarımız davam edir. “Aşdod”a qarşı hazırlaşırıq, vaxtımız hələ var. Rəqibi detallarına kimi analiz edirik, öyrənirik. Əvvəlki turnirlərdə necə hazırlaşmışdıqdısa, necə mübarizə aparmışdıqsa, Konfrans Liqasında da eyni istək, eyni motivasiya ilə mübarizə aparacağıq.