"Şəxsi səbəblərə görə "Qəbələ" ilə müqavilə uzatmadım"

13:34 - 16 İyul 2021

“Hazırda klubsuzam. Bir neçə maraqlı təkliflərim var. Lakin bir az da gözləyəcəm ki, doğru qərar verim”. Bu sözləri Sportal.az saytına açıqlamasında Stefan Vukçeviç deyib.

 

Ötən mövsüm “Qəbələ” forması geyinmiş monteneqrolu futbolçu böyük ehtimalla qarşıdakı ili bu komandada keçirməyəcək. O, bölgə ötən mövsüm bölgə klubunun heyətindəki çıxışından danışıb:

 

“Qəbələ”də oyunlara çıxanda əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Hərdən bu yaxşı alınırdı, hərdən də pis. Bu da normal haldı. “Qəbələ” kimi böyük klubda oynamağıma görə şadam. “Qəbələ” əla mövsüm alındı. Bu komandaya qarşıdakı turnirlərdə uğurlar arzulayıram. Çünki onlar klub olaraq buna layiqdi. Şəxsi səbəblərə görə “Qəbələ” ilə müqaviləmi uzatmadım. Amma geri qayıtmayacağım anlamına da gəlmir”.

 

​Monteneqronun U-21 yığmasının sabiq futbolçusu ölkəmizdə hansı komandada oynamaq istədiyini də etiraf edib: “Azərbaycanın digər klublarından təklif almamışam. Avropanın bir çox ölkələrindən təklifim var. “Neftçi” və “Qarabağ” kimi klublarda oynamaq fəxr olardı. Hazırda Azərbaycanın ən yaxşı iki klubudur. “Qəbələ” isə mənim üçün bir nömrədir”.

Xəbər xətti