Musa Qurbanov: "Premyer Liqada oynamaq üçün hər şeyimiz var" MÜSAHİBƏ

14:11 - 16 İyul 2021

I Divizionda mübarizə aparan "Zaqatala" klubunun prezidenti Musa Qurbanov Sportal.az saytına müsahibə verib.

 

- “Zaqatala”nın mövsümə hazırlığı necə gedir? Yeni mövsümdə necə komanda görəcəyik?

- Komanda hələ forrmalaşmayıb. Ötən mövsümlə müqayisədə zəif “Zaqatala” görəcəyik. Şəarit günü gündən pisləşir. Büdcənin nə qədər olacağı hələ məlum deyil. Ona görə də futbolçularla yeni müqavilə bağlaya bilmirik. Ötən ilki büdcə ilə yaxşı komanda qurmaq çətin olacaq.

 

- Baş məşqçi Rüstəm Məmmədovun işini necə dəyərləndirirsiz?

- Baş məşqçi öz işini artıqmasilə yerinə yetirib. Bu mövsüm qarşıya qoyulacaq məqsəd büdcədən asılı olacaq. Çempionluğa da oynaya bilərik, liqada qalmağa da. Amma buna baxmayaraq bizim hədəflərimiz həmişə yüksək olub.

 

- AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədovla "Zaqatala"da akedemiya yararmaqla bağlı söhbətiniz olub?

- Xeyr, Elxan Məmmədovla bu barədə söhbətimiz olmur. Çünki AFFA bizim kluba kurator ayırıb. Sözümüz olanda da kuratora deyirik. Biz onların dediyi şərtlər altında işləyirik. Maliyyəni AFFA ayırır. O maliyyə də uşaq komandalarını lazımi səviyyədə saxlamağa çatmır. Həmin maliyyə ilə ancaq I Divizionda ortabab komanda saxlamaq olur. Özümüz də sporsorlar tapmaq üçün çox çalışdıq. Zaqatalada komandaya yüksək səviyyədə dəstək olacaq biznesmenlər yoxdu. Olanlar da müraciətlərimizi cavabsız qoydu.

 

- "Zaqatala"nın Premyer Liqada oynamaq perspektivini necə dəyərləndirirsiz?

İndiki maliyyə şərtləri ilə Premyer Liqada oynaya bilmərik. Amma lisenziya tələblərinə uyğun büdcəmiz olsa, əlbəttə ki, yüksək liqaya çıxa bilərik. Stadionumuz, azarkeşlərimiz var. Azərbaycan gerçəkliyi ilə götürsək, futbol ənənələrinə sahibik.  Premyer Liqada oynamaq üçün hər şeyimiz var.

Xəbər xətti