UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sumqayıt” “Çukariçki” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, bu oyunla bağlı məqamlardan biri “Çukariçki”nin üçüncü qapıçısıdı. Belə ki, Belqrad təmsilçisinin üçüncü qapıçısı vaxtilə “Neftçi”nin qapısını qorumuş Vladimir Miçoviçinoğlu Novak Miçoviçdi. Gələcəyinə böyük ümidlər bəslənilən 19 yaşlı çərçivə qoruyucusu “Sumqayıt”la Belqraddakı oyunda ehtiyat skamyada olacaq. O, Sumqayıtdakı cavab qarşılaşması üçün də atası üçün yad olmayan Azərbaycana gələcək.
Xatırladaq ki, 5 ildən çox Azərbaycanda çıxış etmiş Vladimir Miçoviç Azərbaycan millisində də oynamaq ehtimalı yaranmış, ancaq sonda o, ölkəsinə qayıtmışdı.
saytlarin hazirlanmasi