"Səbail"in yeni transferi Elşən Abdullayev Sportal.az saytına açıqlama verib.
28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidi haqda danışıb:
"Yay fasiləsi zamanı “Səbail”lə danışıqlarımız getdi. Aftandil Hacıyevlə çoxdandı bir-birimizi tanıyırıq. İnanıram ki, onun rəbərliyi altında yaxşı oyun göstərəcəyəm. Həm mənim üçün, həm də “Səbail” üçün uğurlu olacağına ümid edirəm".
Abdullayev yeni klubunda adaptasiya problemi yaşamayacağini bildirib: "Komandadakı oyunçuların çoxu əvvəldən tanıdığım, bir yerdə oynadığım futbolçulardı. Bir-birimizi başa düşməkdə, adaptasiyada problem yaranacağını düşünmürəm".
Təcrübəli futbolçu "Səbail"in Premyer Liqaya rəng qatacağını deyib: "Əvvəlcədən iddialı açıqlama verə bilmərəm. Çalışacağıq ki, sözdə yox, əməldə komanda şəklində yaxşı mübarizə aparaq. İnanıram ki, “Səbail” Premyer Liqaya rəng qatacaq”
saytlarin hazirlanmasi