"Qarabağ"ın futbolçusu 6 həftəlik sıradan çıxdı

15:03 - 17 İyul 2021

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Almaniyada sol ayağının topuq bağından uğurlu əməliyyat keçirib.

 

Həkimlərin rəyinə əsasən, Elvin Cəfərquliyev 6 həftə sonra yüngül qaçışlarla məşqlərə başlayacaq.

Xəbər xətti