Rafael Benitesdən Cenk Tosun qərarı

16:41 - 17 İyul 2021

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi Rafael Benites heyətində görmək istəmədiyi futbolçuları müəyyənləşdirib.

 

Sportal.az "Telegraph" nəşrinə istinadla xəbər verir ki, Liverpul təmsilçisinin çalışdırıcısı 6 futbolçu - Cenk Tosun, Xames Rodriqes, Andre Qomeş, Bernard, Fabian Delf və Yerri Minanı sərəncamında görmək istəmir.

 

Adları çəkilən futbolçular üçün sərfəli təkliflər gəlsə, onlarla yollar ayrılacaq.

Xəbər xətti