"Liverpul" 8 futbolçunu satışa çıxartdı

20:20 - 17 İyul 2021

"Liverpul" heyətində dəyişikliklər etmək üçün 8 futbolçunu transferə çıxarıb.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" Xerdan Şakiri, Loris Karius, Marko Qruyiç, Harri Uilson, Neko Uillyams, Şeyi Ojo, Ben Vudbörn və Tayvo Avoniyini satmağa hazırlaşır.

 

Premyer Liqa klubu bu mövsüm heyətinə yalnız "Leyptsiq"dən İbrahim Konateni qatıb. Komandanı Corcino Veynaldumla icarə müqaviləsi başa çatan Ozan Kabak tərk ediblər. Veynaldum azad agent statusu ilə PSJ-yə keçib, Kabak isə "Şalke"yə dönüb.

Xəbər xətti