"Mançester Yunayted" Fransa millisinin üzvünün transferini tamamladı

19:19 - 17 İyul 2021

 "Mançester Yunayted" növbəti transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın müdafiəçisi Rafael Varanı rənglərinə bağlamaq üzrədir. Mançester təmsilçisi madridlilərə fransalı futbolçunun keçidi üçün 57 milyon avro təzminat ödəməyə razılaşıb.

 

Varanın illik maaşı 12 milyon avro olacaq. Onunla 4 illik razılıq əldə edilib.

 

Fransa millisinin üzvü 2011-ci ildən "Real"da çıxış edir. O, yeni mövsüm başqa komandada çıxış edəcəyini açıqlamışdı.

Xəbər xətti