"Arsenal"dan daha iki transfer

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az "The Athletic"ə istinadla xəbər verir ki, "topçular" "Brayton"un müdafiəçisi Ben Uaytın transferini 58,3 milyon avroya tamamlayıb. İngiltərə millisinin üzvü olan 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik razılıq əldə olunub.

 

London təmsilçisinin növbəti transferi isə Belçika "Anderlext"indən olacaq. Paytaxt təmsilçisi 21 yaşlı belçikalı yarımmüdafiəçi Albert Lokonqanın keçidini bitirib. Yeni transferlər tezliklə açıqlanacaq.

 

"Arsenal" bundan öncə "Benfika"nın sol cinah müdafiəçisi Nunu Tavareşi 8 milyon avroya transfer etmişdi.

Tarix: 17 İyul [19:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2021
15  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio