"Hazırlığımız yaxşı səviyyədə gedir, "Soçi" oyunlarına çox ciddi hazırlaşırıq. Yoxlama görüşlərində maksimumu ortaya qoymağa çalışdıq ki, Konfrans Liqasındakı vacib oyunlara tam hazır olaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"nin forvardı Amil Yunanov deyib.
Paytaxt klubuna geri dönən Yunanov komandasının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Soçi" ilə oyunu barədə fikirlərini bildirib. O, komandasının Rusiya təmsilçisi ilə oyununa hazır olduğunu, bununla yanaşı səfərdən sərfəli nəticə ilə qayıtmaq istədiklərini sözlərinə əlavə edib:
“Keşlə”ni avrokuboklara hazır saymaq olar. Soçidəki ilk oyundan yaxşı nəticə ilə qayıtmalıyıq. Bu cavab görüşü üçün önəmlidi. Özümüzə inamımız var. Kollektiv olaraq əlimizdən gələni edib, Allah qoysa mərhələni keçəcəyik".
Ölkə kubokunun sahibi “Soçi” ilə ilk oyuna üç aparıcı futbolçusundan əskik oynayacaq. Yunanov, Anatoli Abanq, Şəhriyar Əliyev və Omar Qudibianin olmamasından da söz açıb: “Təbii ki, onların bizimlə olmasını çox istəyərdik. Bizim üçün itki sayılacaq futbolçulardı. Amma onların yerini dolduracaq oyunçularımız var. Ümidvaram ki, onların yoxluğunu hiss etdirməyəcəyik”.
saytlarin hazirlanmasi