Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin potensial rəqibləri müəyyənləşib.
"Qarabağ” "Aşdod" səddini keçəcəyi təqdirdə, AEL(Kipr) – “Vlajniya (Albaniya) cütünün qalibi ilə oynayacaq.
“Keşlə” isə "Soçi" sınağından üzüağ çıxacağı təqdirdə, ya Serbiyaya, ya da Slovakiyaya yollanacaq. Püşk onları “Partizan”(Serbiya) – DAK-1904(Slovakiya) cütünün qalibi ilə üz-üzə qoyacaq.
“Sumqayıt”ın potensial rəqibləri isə “Hammarbü” – “Maribor” cütünün qalibi olacaq.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5-12 avqust tarixlərində keçiriləcək.