İranlı futbolçu Bəxtiyar Rahmani yenidən Azərbaycanda oynaya bilər.
Sportal.az xəbər verir ki, “Səbail”də oynadıqdan sonra ölkəmizi tərk edib, İsveçə yollanan və “Dalkurd”la müqavilə imzalayan Rahmani “Səbail”də çıxış edə bilər.
Bu barədə futbolçu özü saytımızın əməkdaşına məlumat verib. “Traktor”un sabiq üzvü təklifin olduğunu gizlətməyib: “Menecerim hazırda “Səbail”lə danışır. Sadəcə maliyyə məsələsi qarışıqdı. Ona görə hələ dəqiq bir söz deyə bilmərəm”.
Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Fulad”, “İstiqlal”, “Peykan”, “Zob Ahan”, “Sənət Neft” klubları ilə yanaşı İran millisində də çıxış edib.
saytlarin hazirlanmasi