Azarkeşlərdən Ozobiçə görə AFFA-ya sərt təpki: "Utanmadan hələ bir paylaşırlar da..." FOTO

16:00 - 19 İyul 2021

“Qarabağ”ın 30 yaşlı xorvat futbolçusu Filip Ozobiçin milliləşdirilməsi ictimaiyyət arasında heç də birmənalı qarşılanmır. Həm mütəxəssislərin, həm də futbolsevərlərin bu məsələylə bağlı fikirləri haçalanır. 


Ozobiç bizim meyarlara görə yaxşı futbolçudu və məsələnin bu tərəfini ciddi müzakirəyə çıxaran belə yoxdur. Lakin 30 yaşlı birinin milliləşdirilməsi nə qədər doğrudur, bu qərar Azərbaycan futboluna nə verə bilər? Millimiz hal-hazırda elə bir hala düşüb ki, nə Ozobiç, nə də ondan üst səviyyədə olan başqa bir futbolçunun milliləşdirilməsi heç nəyi dəyişəsi deyil. Zatən millimizi rusların, dağıstanlıların, iranlıların yığmasına çevirən AFFA rəsmiləri özləri də anlayırlar ki, bu cür süni addımlarla ölüm ayağında olan futbolumuzu həyata qaytarmaq mümkün deyil. Ozobiçin milliləşdirilməsi obrazlı desək, ölüm ayağında olan adamı süni nəfəs aparatına qoşmaq kimi bir şeydir. 


30 yaşlı futbolçu bundan sonra millimizə uzaqbaşı 10-15 rəsmi oyunda kömək eləyə bilər. Buna görə hansısa oyunçunu milliləşdirməyə lüzum varmı? Yeri gəlmişkən, Ozobiçin milliləşdirmə xəbərinə AFFA-nın instaqram səhifəsində də azarkeşlər tərəfindən sərt təpkilər olub. Neqativ şərhlərin sayı çox olsa da, bir neçəsini göstərməklə kifayətləndik.   

 

 

Xəbər xətti