Bəhlul Mustafazadəni Rebrova kim məsləhət görüb?

16:14 - 19 İyul 2021

İki gün öncə milli komandamızın futbolçusu Bəhlul Mustafazadə “Sabah”dan ayrılaraq “Əl-Əyn” klubuna keçib.

 

Sportal.az saytının araşdırmasına görə, Mustafazadənin ərəb klubuna keçidində vasitəçilərdən biri elə "Sabah"da onun baş məşqçisi olmuş Visente Qomezdi. Belə ki, Azərbaycandan ayrıldıqdan sonra Sergey Rebrovun dəvətilə BƏƏ klubuna keçən ispanın ukraynalıya ilk köməkliyi Mustafazadəni məsləhət görməsi olub.

 

Qomezlə birlikdə bir müddət millimizin müdafiəçisini izləyən Rebrov sonda onu sərəncamında görmək qərarına gəlib. 

 

Belədə, ukraynalı mütəxəssis rəhbərlikdən Mustafazadənin transfer olunmasını xahiş edib. Klub Rebrovun xahişini yerə salmayaraq, Bəhlul üçün “Sabah”a 1 milyon manat (500 min avro) təzminat ödəyərək onu heyətinə qatıb.

Xəbər xətti