"Mahir "Legiya"nı qanadlarında aparacaq və onun haqda çox danışılacaq".
Bunu Sportal.az saytına açıqlamasında Lukaş Sapela deyib.
Vaxtilə Azərbaycanda legioner həyatı yaşamış polşalı veteran qolkiper hazırda onun ölkəsində çıxış edən Emreli barədə danışıb. "GKS Belşatov" klubunda qapıçı məşqçi kimi çalışan Sapela Mahirin Varşava klubundakı uğurlu çıxışına toxunub:
“Legiya” ölkənin ən yaxşı komandasıdı. Mahirin bu klub üçün əsl güclənmə olduğunu demək mümkündü. Onun komandaya tez bir zamanda alışacağını və özünü daha yaxşı göstərəcəyini düşünürəm. Onu "Legiya" üçün yaxşı transfer hesab etmək mümkündü. "Legiya"nı qarşıdakı Çempionlar Liqasının ikinci təsnifat mərhələsində oyunlar gözləyir. Ümidvaram ki, onlar bu mərhələni keçərlər, Mahir də komandaya kömək olar”.
saytlarin hazirlanmasi