Rumıniyanın “UTA Arad” klubunda forma geyinən Vinko Medimoreç Sportal.az saytına açıqlama verib. Ötən mövsümü “Qəbələ”də keçirmiş xorvatiyalı oyunçu Rumıniya klubuna keçidindən söz açıb: “Hazırda futbolda elə vəziyyət yaranıb ki, təklifə görə çox gözləmək olmur. Bəlkə də təklif olsaydı, “Qəbələ”də qalmaq haqda düşünmək olardı.
Amma Rumıniyadan təklif gəldi, danışdıq, razılaşdıq, müqavilə imzaladıq. “Qəbələ”də olanda komanda üçün ən yaxşısını etməyə çalışırdım. Bu komandaya növbəti mövsümlərdə də uğurlar arzu edirəm”.
Medimoreç, Azərbaycan millisinin yeni futbolçusu, həmyerlisiz Filip Ozobiç barədə də fikirlərini bildirib: “Ozobiçlə yaxşı münasibətim var. “Qəbələ”dən təklif gələndə, onunla məsləhətləşmişdim və o, mənə Azərbaycana gəlməyi məsləhət bilmişdi.
Ozobiçin Azərbaycan millisinə cəlb olunması? Məncə, federasiya tərəfindən atılmış, yaxşı addımdı. Hamımız onun əla futbolçu olduğunu bilirik. İnanıram ki, Filip Azərbaycan millisinə kömək olacaq. Təbrik etmək? Xeyr, Filipi hələ təbrik etməmişəm”.
saytlarin hazirlanmasi