UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" matçının baş hakimi dəyişib.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Sergey Boyko idarə edəcək.
Ukraynalı referi 2-ci dəfə Ağdam təmsilçisinin oyununa baş hakim kimi təyinat alıb. O, daha öncə "köhlən atlar"ın 2014/15 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Zalsburq"a qalib gəldiyi (2:1) oyunu idarə edib. Həmin qarşılaşmada referi ağdamlıların 2 futbolçusu - Reynaldo və Admir Teliyə qırmızı vərəqə göstərmişdi. Rəqib komandada isə Kristan Şveqler meydandan qovulmuşdu.
Boyko 2015/16 mövsümündə "Qəbələ"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kiprdə "Apollon"la görüşündə (1:1) baş hakim olub. Onun 90+5-ci dəqiqədə təyin etdiyi penaltidən sonra Cavid Hüseynov "Qəbələ"ni məğlubiyyətdən xilas etmişdi.
44 yaşlı ədalət təmsilçisi Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya uduzduğu görüşü (0:2) də idarə edib.
"Qarabağ" - "Aşdod" oyunu iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi