"Lester Siti" Türkiyə millisinin üzvü üçün 9,5 milyon təklif etdi

20:20 - 20 İyul 2021

"Şalke"nin futbolçusu Ozan Kabak karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə "Lester Siti" maraqlanır. Məlumata görə, "tülkülər" 21 yaşlı müdafiəçi üçün Almaniya təmsilçisinə 9,5 milyon avro təklif edib.

 

2-ci Bundesliqaya düşən "Şalke"nin türkiyəli futbolçunu sərfəli qiymətə satmağa razı olduğu bildilir.

 

Ozan ötən mövsümün ikinci yarısını icarə əsasında "Liverpul"da keçirib.

Xəbər xətti