Transfer çalışmalarını davam etdirən “Neftçi” heyətini qapıçı ilə də gücləndirmək niyyətindədir.
Sportal.az xəbər verir ki, “flaqman”ın italiyalı qapıçı Rikardo Piskitellini heyətinə qata biləcəyi ehtimal edilir.
Məsələ burasındadır ki, 27 yaşlı çərçivə qoruyucusu 1 həftədir ki, şəxsi instaqram hesabında “Neftçi”nin qapıçılarla işləyən məşqçisi Etibar Tarverdiyevi izləməyə başlayıb. Bu da kiperin Azərbaycan çempionu ilə danışıqlar aparmasına və ölkəmizə gələ biləcəyi ehtimallarını yüksəldir.
“Milan” yetirməsi olan kiper “Benevento”, “Karpi”, “Dinamo”(Buxarest), “Nasyonal” klublarında oynayıb.
saytlarin hazirlanmasi