Niderland millisinin futbolçu Castin Klyuvert Fransa çempionatında oynayacaq.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu “Nitsa” ilə anlaşıb. Müqavilə ilə “Roma”ya məxsus olan Klyuvert qarşıdakı mövsümü icarə əsasında Fransada oynayacaq.
“Nitsa” onu transfer etmək üçün qarşı tərəfə 10 milyon avro ödəməli olacaq.
"Ayaks" yetirməsi olan 22 yaşlı futbolçu 2018-ci ildən "Roma"ya məxsusdu. O, ötən mövsümü icarə əsasında "Leypziq"də oynayıb.
saytlarin hazirlanmasi