“Neftçi”də oynamışam və bu komandanın uğurlu nəticə qazanmasını istəyərəm. Ancaq düzünü deyim ki, “Olimpiakos” “Neftçi” ilə matçın favoritidi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Osiyek”in futbolçusu Slavko Braliç deyib.
“Neftçi”nin formasını geyinmiş xorvatiyalı ölkəmizdən ayrıldıqdan sonra Yunanıstana yollanaraq “Larissa” ilə müqavilə imzalamışdı. Həm “Neftçi”ni tanıyan, həm də Yunanıstan futboluna yad olmayan 28 yaşlı müdafiəçi “ağ-qaralar”ın “Olimpiakos” qarşısındakı şanslardan söz açıb:
“Olimpiakos”a qarşı iki sezon oynamışam. Onlar öz səviyyəsini son illərdə həm Yunanıstanda, həm də Avropada göstəriblər. Amma konkret bu oyundan danışsaq, şans onsuzda hər zaman var, futbolda mümkünsüz heç nə yoxdu. Ona görə də “Neftçi”nin də “Olimpiakos” qarşısında şansı var. Necə olacaq, onu artıq oyunda görəcəyik”.
Azərbaycan çempionatında çıxış etmiş çoxsaylı xorvatiyalılardan olan Braliç həmyerlisi, Filip Ozobiçin Azərbaycan millisinə cəlb olunması haqda da fikir bildirib: “Ozobiçi çox yaxşı tanıyıram. Azərbaycan millisinə cəlb olunmasından da xəbərdaram. Ozobiçin adına çox sevindim. Azərbaycan millisinin bir hissəsi olması münasibətilə onu təbrik edirəm və uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi