“Liverpul”un hücumçusu Tayvo Avonyi Almaniya Bundesliqasında çıxış edəcək.
Sportal.az xəbər verir ki, “Union Berlin” Tayvo üçün ingilislərə 7,5 milyon avro ödəyib. Ötən mövsüm alman klubunda icarə əsasında çıxış etmiş 23 yaşlı hücumçu 22 matçda 5 qol vurub, 4 asisst etmişdi.
Nigeriyalı forvard 2015-ci ildən “Liverpul”a məxsus olsa da, “Frankfurt”, “Neymegen”, “Gent”, “Maynts” klublarında icarədə çıxış edib.
saytlarin hazirlanmasi