Litvanın "Suduva" klubuna keçən yaponiyalı futbolçu Keysuke Honda "Neftçi"dən ayrılmasının səbəbləri haqda danışıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunları deyib:
"Klubda mənə müqavilə imzalamağı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".
Honda ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb. O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi