Mirabdulla Abbasov “Neftçi”nin heyətində Premyer Liqada 20-ci qolunu vurub.
Sportal.az xəbər verir ki, ücumçu VIII turun “Zirə” ilə qarşılaşmasında (2:1) qələbə topuna imza atıb. O, “ağ-qaralar”ın heyətində çıxdığı 88-ci matçda qol sayını 20-yə çatdırıb.
Debüt etdiyi 2014/15 mövsümündən fasilələrlə Bakı klubunda çıxış edən Mirabdulla ilk qolunu 2017/18 mövsümündə rəqib qapısından keçirib.
Abbasov “Neftçi”nin tarixinə çempionatda 20 və daha çox qol vuran 22-ci oyunçu kimi düşüb. O, bu siyahıda Leonid Kalfaya çatıb. Rekord isə 99 qol vuran Samir Ələkbərova məxsusdur.
saytlarin hazirlanmasi