Cavid Hüseynovun köməkçiləri kim olacaq?

16:05 - 25 Oktyabr 2021

Milli komandamızın sabiq üzvü Cavid Hüseynovun baş məşqçisi və prezidenti olduğu “Cəbrayıl”ın məşqçilər korpusu məlum olub.

Sportal.az xəbər verir ki, Hüseynovun köməkçiləri bəlli olub.

Belə ki, Cavidə millimizin digər sabiq üzvü Elhad Naziri və Şərafəddin Hüseynov kömək olacaq.

​Yeri gəlmişkən, Cavid Hüseynov klubun prezidenti və baş məşqçisi olmaqla yanaşı həm də futbolçu kimi də “Cəbrayıl”a kömək ola bilər.

Xəbər xətti