Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XVII YAZI
İdmanın insanın fizki inkişafında kifayət qədər önəmli rol oynadığı hamı tərəfindən qəbul edilən birmənalı həqiqətdir. Amma bədən tərbiyəsi, idman insanların mənəvi inkişafında, daha da kamilləşməsinə olduqca mühüm töhfələr verir.
Hələ qədim Şərqdə çoxdan məlum olmuşdu ki, idman insanın fiziki olaraq bədənini daha güclü, daha sürətli, daha davamlı və daha elastik hala gətirməklə yanaşı, onun xarakterinə də eyni dərəcədə təsir göstərir. Mütəmadi qaydada idmanla məşğul olanlar özlərini daha xoşbəxt, daha müvəffəqiyyətli hiss edirlər, gündəlik həyata daha rahat uyğunlaşmaq bacarıqlarını nümayiş etdirilər. Həm də idman uşaqlarda, eləcə də böyüklərdə ayrılmaz və ahəngdar şəxsiyyətin bütün zəruri mənəvi və digər keyfiyyətlərinin formalaşmasına kömək edir.
Təbii ki, mxtəlif idman növlərinin idmançıların xarakterinə fərqli şəkildə təsir etməsi artıq sirrdən deyil. Hər halda heç kim şahmatçı və ya rəqqasənin xarakterinin yumor ustası və ya MMA çempionunun xarakterindən çox fərqli olduğuna dair mübahisə etməz. Eləcə də hər kəs gündəlik ünsiyyətdə bodibildinqlə məşğul olan insanı və bütün həyatı boyu dinc, sakit yoqa ilə məşğul olan birini asanlıqla ayırd edə bilər.
Məsələn, yoqa ilə məşğul olan birini incitsəniz, çox güman ki, o, sizin “günahınızı” bağışlayacaq və sizə rəhmi gələcək. Ancaq bir bodibilderi incitsəniz, çox güman ki, onda yerli xəstəxananın həkimlərinin, sizə rəhmi gələcək. Məhz bu nümunə idmanın insan xarakterinə təsirinin nə dərəcədə ciddi paya sahib olduğunu çox dəqiqliklə göstərir. Qeyd edilən fonda müasir populyar idman növlərinin ən yaxşı növlərinin əslində hansı keyfiyyətləri formalaşdırması artıq xüsusi maraq doğurur.
Təbii ki, ən populyar idman növü sayılan futbol bu mənada daha böyük maraq predmetidir. Araşdırmalar göstərir ki, futbol bir idman olaraq insan xarakterinə təsir edəcək və şəxsi özünə inamlı, müvəffəqiyyətli və ictimai cəhətdən aktiv bir insan edəcək. Ümumi bədən tərbiyəsi, qaçış və üzgüçülük həm də idmançıların xarakterinə öz faydalı təsirini göstərir, onları ruhən dözümlür və istənilən sınaqlara hazır edir. MMA və son döyüş sizə özünümüdafiə üçün lazımi bacarıqlar və həmçinin cəmiyyətdə yaxşı mövqe qazandıracaq. MMA ustalarına məhdudiyyətsiz davranışları səbəbindən hörmət edilir. Şahmat məntiq və analiz üçün inanılmaz qabiliyyətlər verir, lakin aktiv həyat tərzini də yaddan çıxarmaq lazım deyil. Akrobatika digər ekstremal idman növləri kimi xarakter formalaşdırmağa kömək edir, uşaqları və gəncləri aktiv fəaliyyətə, şən əhval-ruhiyyəyə istiqamətləndirir. Professional rəqs xoşbəxtlik üçün çox rəqabətli və gərgin bir mühit yaradır. Rəqslər sadəcə olaraq, xoşbəxt həyat üçün yaradılan ruh üçündür. Rəqslər yüksək mənəvi və digər qeyri-adi keyfiyyətlər gətirməsə də, istirahət etməyə və hər yerdə özünü yüksək komfort şəraitində hiss etməyə imkan verir.
Yoqa insana xoşbəxt olmağı öyrədən bir idman növüdür. O, ətrafdakı dünya ilə xoşbəxtlik və harmoniya tapmaq üçün nəzərdə tutulub. Ancaq yoqanın insana aşıladığı keyfiyyətlər müasir cəmiyyətdə heç də həmişə yüksək qiymətləndirilmir. Digər idman növləri də özünə xas formada insan xarakterinə təsir edir. Özünə inam, təşkilatçılıq bacarığı, məqsədlərinə çatmaqda güclülərlə rəqabət aparmaq, başqalarına hörmətlə yanaşmaq bacarığı, hətta şüur, intuisiya, diqqətlilik və həyat üçün bir çox faydalı keyfiyyətlərin inkişafına da idman ciddi təsir edir. Deməli, idman insanı mənən də yetkinləşdirir. Bu m ada məhşur fransalı pedaqoq və idmançı Pyer de Koubertin dedikləri həqiqətdən heç də uzaq deyil: “Ey idman, sən özün bir dünyasan”.
İndi idman çoxlu sayda insanın həyat tərzinin ayrılmaz hissəsidir. Onun o qədər çeşidi və növləri var ki, sayarkən hesabı itirə bilərsiniz. Peşəkar və həvəskar idman növlərini ortaq məxrəcə gətirməyə çalışsaq, hər iki halda da qələbə üçün susuzluq yaranır. Bu səbəbdən də hər bir idman növü insan xarakterinə təsir edir. İdman hər birimizdə aşağıdakı kimi vacib keyfiyyətləri inkişaf etdirir:
1. Səbir. Səbir idmançıların əsas xüsusiyyətidir. Müvəffəqiyyətin təməlində duran da bu keyfiyyətdir. Yorucu məşqlərə, ağrılara, uğursuzluqlara, məğlubiyyətlərə, tənqidlərə və uğurlara baxmayaraq, idmançı plana uyğun olaraq məşq etməyə davam edir. Hər hansı bir sapma nəticənin pisləşməsinə səbəb olur və rəqabət mühitində bu yolverilməz bir haldır.
2. Məqsədlilik. Hər bir idmançı birinci olmağa iddialıdır və ən yaxşı olmaq arzusu onu bir saniyə belə tərk etmir. Bunun üçün vücudunuzu daim yaxşı vəziyyətdə saxlamalı, üstünlüyünüzü hər an sübut etməyə hazır olmalısınız.
3. Konsentrasiya. Saniyənin yüzdə biri idmançını uğurdan ayıra bilər, bir millimetr qarşıdurmanın nəticəsini əvvəlcədən təyin edə bilər, bir addım oyundakı vəziyyəti kökündən dəyişə bilər, bir zərbə həyatınıza qərar verə bilər. Vəziyyətdən asılı olmayaraq, idmançı konsentrasiyasını saxlamalı və məqsədə doğru irəliləməlidir.
4. Düşünmək. İdmançının hər bir hərəkəti mənalı və düşüncəlidir, çünki yaxşı fiziki hazırlığa əlavə kimi yaxşı manevr etmək üçün düzgün taktika seçmək və döyüş zamanı rəqibin hərəkətlərini daim təhlil etmək çox vacibdir.
5. Reaksiya. Bəzən vəziyyət plandan kənara çıxır və vaxtında reaksiya vermək çox vacibdir.
6. Nəzarət hissi. Rəqabət prosesi zamanı hər şeyi nəzarətdə saxlamaq lazımdır. Bura daxildir: bədəninizin vəziyyəti, taktiki plan, rəqibin hərəkətləri. Bu və daha çox komponentləri izləmək hərəkətlərinizə ani düzəlişlər etməyə imkan verir.
7. Abstraksiya. Məşq prosesi və ya müsabiqə zamanı başqa heç nə yoxdur, yalnız siz və qarşınızda duran vəzifə var, qalan hər şey arxa plana keçir.
8. Nəciblik. Güclü heç vaxt zəifləri incitməz - bu qanundur və çətin vəziyyətdə həmişə kömək əli uzadacaq. Beləliklə idman xarakter yaradır və daha yaxşı olmağınıza kömək edir.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi