Milliyə yeni cəlb edilən legioner: "Baş məşqçimiz Premyer Liqanın inkişaf etdiyini söylədi"

12:49 - 25 Noyabr 2025

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Sportal.az saytına açıqlama verib. O, Benin millisinə cəlb olunmasından bəhs edib. Millidə rəsmi debütü hələ ki rəsmiləşməyən Santos bu barədə də fikrini bildirib:

"Milli komandada məni çox yaxşı qarşıladılar. Düzünü deyim, bu qədər yaxşı qarşılamaqları məni təəccübləndirdi. Onlar məni artıq tanıyırdılar. Burkina-Faso (3:0) ilə yoxlama görüşündə meydana zədə səbəbindən çıxmamışdım. Millidə üçüncü məşq zamanı zədələndim. Ona görə də komandama kömək edə bilmədim. Qarşıdakı görüşlərdə şansım olacaq. Millinin baş məşqçisi Gernot Rohr məni tanıyırdı. O, bir müddətdir ki, məni izlədiyini və mövsümə əla başladığımı bildirdi. Qeyd etdi ki, Azərbaycanda Benindən olan iki başqa oyunçu olduğu üçün onları liqaya həmişə baxırmış, Azərbaycan futbolunun çox tez və çox inkişaf etdiyini də mənə söylədi".

Santos millidəki komanda yoldaşları - "Neftçi"nin futbolçusu Sesse Dalemyda və "Sumqayıt"ın müdafəçisi Abdul Raşid Mumini haqda da danışıb: "Bəli, biz millinin düşərgəsinə birlikdə gedib-gəldik. Milli komandada olduğumu vaxtda da ordan-burdan danışdıq. Onlar həmçinin məni tanımayan futbolçulara haqqımda danışmışdılar ki, bu da mənim özümü yaxşı qarşılandığımı hiss etməyimə kömək oldu.

Ümumiyyətlə, məni Beninə bağlayan təbii ki, böyüklərimdir. Nənəmin valideynləri vaxtı ilə Benindən Braziliyaya yollanıblar. Braziliya və Benin çox oxşardır, mədəniyyəti, mətbəxi, yeməyi, sevinci oxşardır. Ötən mövsümkü performansım onları bu barədə daha çox məlumat əldə etmək istəyinə sövq edib. Bütün sənədləri və məlumatları topladıqdan sonra milliləşdirmə prosesi uğurla başa çatdı. Ən vacib şey budur. Milliyə ən yaxşı səviyyədə kömək olmağa çalışacam".

Sonda isə Naxçıvan təmsilçisinin legioneri komandasının avrokuboklar şansını dəyərləndirib:"İnanıram ki, istər Premyer Liqa, istərsə də ölkə kubokunu qazanaraq avrokuboklara yollanmaq şansımız var. Buna da çox əminik. Hər şey ola bilər. Amma bu mövsüm Premyer Liqada rəqabət həqiqətən də yüksəkdir".

Mirbağırağa

Xəbər xətti