"Milan"dan "Çelsi"yə

21:46 - 26 Noyabr 2025

"Çelsi" "Milan"”ın qapıçısı Mayk Menyanın nümayəndələri ilə əlaqəni bərpa edib.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, “mavilər” hələ də qapıçını azad agent kimi transfer etmək istəyir.

Fransız futbolçu ilə bağlı vəziyyət onun hazırkı müqaviləsi ilə bağlıdır. 30 yaşlı qolkiperin “Milan”la müqavilə müddəti bu yay başa çatacaq.

O, İtaliyada qalmaq niyyətində deyil. Bu mövsüm Menyan bütün yarışlarda 13 oyunda meydana çıxıb.

Bu müddət ərzində qapıçı doqquz qol buraxıb və yeddi dəfə qapısının toxunulmazlığını qoruya bilib. Fransa millisinin qolkiperinin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Xəbər xətti