“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
Sportal.az xəbər verir ki, monteneqrolu futbolçu bu barədə öz İnstaqram hesabında məlumat paylaşıb. O, yeni doğulan körpəyə Maksim adını verdiklərini açıqlayıb.
30 yaşlı orta xətt oyunçusunun Niksa adlı daha bir oğlu var.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ilin yayından "Qarabağ"da çıxış edir. Monteneqro millisinin üzvü bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
